- Türkiyə Respublikasının Konstitusiyası:
Maddə 36-Hər kəsin qanuni vasitə və yollardan istifadə etməklə məhkəmə orqanları qarşısında iddiaçı və ya cavabdeh qismində iddia və müdafiə olunmaqla ədalətli məhkəmə araşdırması hüququ vardır. Heç bir məhkəmə öz mandatı və səlahiyyətləri çərçivəsində işə baxmaqdan yayına bilməz.
- Avropa İnsan Hüquqları Konvensiyası:
Maddə 6 – Ədalətli məhkəmə hüququ;
- Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
- Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
- Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq;
(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin
maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;
(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə
olan şahidlər çağırmaq və dindirməyə nail olmaq;
(e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində və 1982-ci il Konstitusiyasının 36-cı maddəsində ifadə olunan ədalətli məhkəmə muhakiməsi, məhkəmə prosesinin haqqa uyğun və ədalətli icrasını hədəfləyir.
AİHK-nın 6-cı maddəsində tənzimlənən ədalətli məhkəmə muhakiməsinin əsas elementlərini aşağıdakı kimi sıralamaq olar:
1- Qanuni, müstəqil və qərəzsiz məhkəməyə müraciət etmək,
2- Ədalətli məhkəmə muhakiməsi,
3- Ağlabatan müddətdə mühakimə olunmaq,
4- İctimai (hər kəsə açıq şəkildə) mühakimə olunmaq.
Qanunla müəyyən edilmiş qərəzsiz və müstəqil məhkəmə qarşısında mühakimə olunmaq hüququ; Bu, ən mühüm insan haqlarından biridir. Əhəmiyyətinə görə bir çox ölkələrin konstitusiyaları, milli konvensiyaları və milli qanunları ilə təmin edilir.
Ədalətli və haqqa uyğun muhakimənin təmin edilməsində mühüm elementlərdən biri də məhkəmə prosesinin açıq keçirilməsidir. Bütün məhkəmə icraatları üçün qüvvədə olan bu prinsip məhkəmə icraatının əlaqəsi olmayan şəxslər tərəfindən izlənəbilməsidir.